Olay
Olay

“O gecə bir ev sahibsiz qaldı”

“O gecə bir ev sahibsiz qaldı”

Əməkdar artist Aybəniz Haşımovanın şəhid həyat yoldaşı Xalid Quliyevin 30-cu il dönümüdür.

OLAY yazır ki, bu barədə A. Haşımova instaqram hesabında məlumat verib. O, Xüsusi Təyinatlı döyüşçü X. Quliyevin məzarından video paylaşıb. 

Müğənni posta bu sözləri yazıb: “O gecə ana oğlunu, qardaş qardaşını, 1 yaş 8 aylıq körpə atasını və ən əsası isə bir ev öz sahibini itirdi. Amma yenə də hər kəsin dilində bir söz var idi. Vətən sağ olsun! 30 illik ömrün, 30 illik evin, şəhadətin mübarək, ölkəmizin igid oğlu!”