“Gəncliyimin ən önəmli illərini məhz Amerikada yaşadığım üçün çox minnətdaram. Tam da istədiyim, xarakterimi, özümü ifadə edən yerdəyəm. Bakıda yaşayıb efirlərdə olmağa davam etsəydim, özümü məhdudlaşdıracağımdan o qədər əminəm ki”.
OLAY yazır ki, bu sözləri uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı, hazırda influenser kimi fəaliyyət göstərən Günel Hümbətova feysbuk hesabında yazıb.
O, ABŞ-da yaşadığı üçün çox şanlı olduğunu vurğulayıb:
“Bu gün həyatın bütün sahələrində inkişaf edib dünyaya açılıram. Yaşadığın yerin, səni əhatə edənlərin sənin inkişafına o qədər təsiri var ki... Çox minnətdaram kainata”.