Olay
Olay

İradə həyat yoldaşı ilə münasibətlərindən yazdı

İradə həyat yoldaşı ilə münasibətlərindən yazdı

Ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə yeni fotosunu paylaşıb.

OLAY yazır ki, sənətçi ailəsi və əri barədə ürək sözlərini izləyicilərlə bölüşüb:

“İnsan əsas məsələnin heç bir zaman eşq olmadığını otuz yaşından sonra başa düşür. Əsl məsələnin dostluq, inanmaq, güvənmək, yol, həyat yoldaşlığı olduğunu, yanınızda sizinlə bərabər addımlamaq istəyinin olduğunu öyrənir. Yəni, siz çarə axtardığınızda, o, bəhanə axtarmayacaq. Mənim isə eşq anlayışım bir dənədir - Yaradan. Yerdə qalan hər şeyə sevgi, məhəbbət hissim nə varsa, yenə ona görədir. Yəni, doğru bir dənədir və yerinə təzə heç nə gəlməz”.

Qeyd edək ki, cütlüyün iki övladı var.