Olay
Olay

Onları “Zəhər tuluğu”nda görəcəksiz

Onları “Zəhər tuluğu”nda görəcəksiz

Aktyor Taleh Yüzbəyovun müzakirə olunan “Zəhər tuluğu” filminin növbəti seriyası çəkilib.

OLAY-ın əldə etdiyi məlumata görə, ekran işi bu dəfə tamaşaçılara sosial şəbəkədə yox, kinoteatrda təqdim olunacaq.

Filmdə Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rasim Cəfər də rol alıb.

Ekran əsərində aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Tural Əhməd, Cabidan Novruz, Fuad İskəndərov, aktrisalar Zülfiyyə Qurbanova, Ləman Mərrih, Şəhanə Rzayeva, Könül Cəfərzadə də oynayıb.

Blogerlər Mehin Oktaylı və Həmayıl Cəfərova da filmin qəhrəmanlarındandır.

Qeyd edək ki, çəkilişləri yekunlaşan filmdə bundan öncə T. Yüzbəyovun layihələrində yer alan radio-aparıcı və aktrisa Kəmalə Onur da var. “Zəhər tuluğu” yaxın aylarda təqdim ediləcək.