Əməkdar artist Lalə Məmmədova estetik əməliyyat olunduğunu etiraf edib.
OLAY yazır ki, sənətçi bu barədə Xəzər TV-də yayımlanan “Şourum” verilişində danışıb.
“3-4 ay öncə bədənimə kiçik toxunuşlar oldu. Bədən şəkilləndirmə əməliyyatı oldu. İlk deyildi, hissə-hissə edirəm. Əməliyyatlarımın sayını itirmişəm. Gələcəkdə yaşla əlaqədar müəyyən şeylər etdirə bilərəm. Məsələn, üz-gözüm qırışanda, dartdıraram”.
Qeyd edək ki, sənətçi son zamanlar geyim tərzi və saç düzümləri ilə də gündəmdədir.