Olay
Olay

“Çılpaq” filmi Türkiyədə iki mükafat qazandı

“Çılpaq” filmi Türkiyədə iki mükafat qazandı

Hikmət Rəhimovun “Çılpaq” filmi “Best İstanbul” film və sənət festivalında iki nominasiya üzrə qalib olub.

OLAY yazır ki, aktyor “Ən yaxşı rejissor” və “Ən yaxşı tammetrajlı film” mükafatlarını qazanıb.

Qeyd edək ki, dram janrında olan film İctimai Televiziyanın məhsuludur. Ekran işinin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur. Filmdə Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktyorlar Hikmət Rəhimov, Elşən Əsgərov və başqaları çəkilib. Çəkilişləri 8 gün ərzində Bakı və Bakıətrafı qəsəbələrdə gerçəkləşib. Filmin xronometrajı 65 dəqiqədir.