Fotosessiya
Fotosessiya

36 yaşında film arzusunu gerçəkləşdirdi

36 yaşında film arzusunu gerçəkləşdirdi

“Vaqif İbrahimoğlu yadımdadır ki,bir gün mənə belə bir sual verdi “Səncə, niyə insanın doğum günü iç halı birtəhər olur?”. Biz bu barədə xeyli söhbət etdik. İndi o söhbəti danışıb sizi yormaq istəmirəm. Amma hər doğum günündə Vaqif müəllimin sualı yadıma düşür. Ruhu şad olsun”.

OLAY yazır ki, bu sözləri tanınmış aktyor Hikmət Rəhimov sosial media hesabında yazıb. 36 yaşını qeyd edən sənətçi arzusunu gerçəkləşdirdiyini bildirib:

“35 yaşında arzularımdan biri də öz tammetrajlı filmimi çəkmək idi. Tanrıya şükürlər olsun ki, bunu komanda halında edə bildik. Filmin üzərində son tamamlanma işləri gedir. Yanımda olan, köməkliyini göstərən hər kəsə minnətdəram.

36 yaşımda özümə arzum, gözümü açıb hər gün gördüyüm əzizlərimi sağ-salamat və mehriban görməkdir”.

Qeyd edək ki, “Çılpaq” adlı ekran işinin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur. Filmdə Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktyorlar Hikmət Rəhimov, Elşən Əsgərov və başqaları çəkilib.