“Artıq dostluğumda Bakılı-rayonlu ayrı-seçkiliyini, xüsusilə də ikinciləri aşağılayacaq şəkildə etmir. Yaşasın dost siyahımı və “lenta”mı düzəltmək qabiliyyətim. Vətəni bütöv sevənlərlə varam”.
OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında müğənni-bəstəkar Murad Arif paylaşıb.
O, daha sonra yeni status yazıb:
“Dua Lipa hər konsertindən, Murad Arif də hər məclisindən paylaşım edir. Mahiyyətcə eyni şeydir. Bizdə heç kəs konsertlə dolanmır, orada da məclislərlə dolanmırlar. Bəzi, bunu qınayan “sovremennı”lərə (Keçmişlərinə baxsaq, o deyil) başa salın ki, önəmli olan “lifestyle” və “aktivitedir”. Məsələn, cərrahlar əməliyyatından, müəllimlər dərslərindən, makiyaj ustaları öz işlərindən, idmançılar məşqlərindən paylaşım edər. Bu şoğərib bunun üçündür. Yoxsa, Bakıda oturub Hollivud ulduzu havasına girmək düzgün deyil. Olduğun yeri qəbul etmək ən böyük “cool”luqdur, danmaq isə “çuşka”lıq. Biz buyuq, ən yaxşılardanıq və biz hər gün “partladırıq”.