Türkiyəli müğənni Mabel Matizin “Karakol” adlı klipi qalmaqal yaradıb.
OLAY yazır ki, buna sənətçinin ekran işində kişi sevgili təsvir etməsi səbəb olub. Sosial mediada “Mabel Matiz həddini bil!” şüarı ilə paylaşımlar edilib. Müğənninin azğın olmaqda günahlandırıblar. Mabelə “Bura Niderland deyil, bizdə bunu normallaşdırmayın” deyə, tvitlər yazılıb.
Qeyd edək ki, klipdə Matizin sevgilisi obrazında türk model Serdar Bileke rol alıb.