Ötən günlərdə səhnə adını AYS-a dəyişən Avroviziya təmsilçimiz Aysel Məmmədova Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın prodüseri Natella Krapivina ilə müqavilə imzalayıb.
OLAY yazır ki, sənətçi artıq prodüserlə ilk layihəsi “Тaю”nu da təqdim edib. Musiqisi və sözləri AYS-ın özünə aid mahnı üçün müğənni Kamera qarşısına da keçib.