Olay
Olay

Zaur Kamaldan açıqlama

Zaur Kamaldan açıqlama

Əməkdar mədəniyyət işçisi Zaur Kamal müğənni Afşin Azərini efirdən qovduğu üçün tənqid olunmasına münasibət bildirib.

OLAY yazır ki, aparıcı “Həmin Zaur” proqramında açıqlama verərək təcrübəli aparıcı olduğunu qeyd edib:

“Bu həyatda uzaqdan qüsursuz, yaxından isə lazımsız o qədər insan gördüm. Lazımsızları uzaqlaşdırdım. İndi lazımli insanlar yanımdadır. Dillərə düşmüşəm, xəbərin varmı?

25 illik radio və televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım. Onların sevgisini hiss etdim. Bu sevgini Allah bizdən uzaq etməsin. Müğənnilərin 70-80 faizinə köməklik etmişəm. Harada gözəl, gənc istedadlar olubsa, efirlərə dəvət etmişəm”.