Olay
Olay

Nadir Zauru müdafiə etdi

Nadir Zauru müdafiə etdi

Müğənni Nadir Qafarzadə iranlı ifaçını efirdən qovan Zaur Kamalı müdafiə edib.

OLAY yazır ki, o, bununla bağlı instaqramda status paylaşıb.

“Zaur, sən elə sənsən. Bu “çuşka”ları az mindirin başımıza. Musiqimizin içinə nəyi var... (qeyri-etik ifadə). Zövqləri də sıfırdır”, - deyə Nadir bildirib.

Qeyd edək ki, Z. Kamal ötən gün verilişinə qonaq olan Cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovub. Onun bu addımı sosial şəbəkələrdə tənqid olunub.

Onu da bildirək ki, N. Qafarzadə paylaşımını daha sonra silib.