Türkiyənin əfsanəvi kino ulduzu, “Kara Murat” ləqəbi ilə tanınan aktyor Cüneyt Arkın vəfat edib.
OLAY yazır ki, “Yeşilçam”ın ustad sənətçisi 84 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.
Qeyd edək ki, Arkın 1937-ci ildə Eskişeherdə doğulub, yoxsulluq içində böyüyüb. Şəxsiyyət vəsiqəsində Fahrettin Cüreklibatur yazılıb. Jurnalist Vecdi Benderli, Cüneyt Gökçerdən Cüneyt, Ramazan Arkından Arkın adını götürərək “Cüneyt Arkın” adını yaradıb.
İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və ilk mükafata layiq görülüb. Karyerasında dönüş nöqtəsi 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasıdır.
Əsgərliyi başa çatdıqdan sonra 1964-cü ildə Halit Refiqin çəkdiyi “Qurbet kuşları” filmi ilə kinoya addım atıb.
1964-cü ildə Tibb fakültəsində tanış olduğu Gülər Mocanla ailə həyatı qurub və 1966-cı ildə qızları Filiz dünyaya gəlib.
O, Yeşilçamın “dördyarpaqlı yoncası” - Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla onlarla filmdə rol alıb.
Romantik filmləri ilə tanındı, amma əsl şöhrətinə “Malkoçoğlu” filmi ilə çatıb. Onun Arkın 1970-ci ildə ikinci dəfə Betül Cüreklibatırla ailə həyatı qurub. Murat və Kaan adlı iki oğlu dünyaya gəlib. Murat Arkın da atasının yolunu davam etdirərək aktyor olub.