Olay
Olay

Xumar Qədimova bacısından gileyləndi

Xumar Qədimova bacısından gileyləndi

Əməkdar artist Xumar Qədimovanın növbəti açıqlaması maraq doğurub.

OLAY yazır ki, sənətçi “Zaurla Günaydın” verilişində qonaq olarkən bacısı Matandan gileylənib.

Qədimova bacısının ona qarşı laqeyd olduğunu söyləyib:

“Bacım Matandan şikayət edəcəm. Mən tədbirdə oxuyuram, gəlib deyirlər ki, paltarın yarlığını çıxarmamısız. Bacım mənə qarşı belə laqeyddir. Neçə dəfə bu, olub. Mən efirə çıxanda deyir, filankəsin adını çək, belə danış. Ay qız, bir dəfə də məni düşün də”.