Olay
Olay

“Gülayı ad günündə təbrik etmədim”

“Gülayı ad günündə təbrik etmədim”

Müğənni Eldəniz Məmmədov bir vaxt küsülü olduğu həmkarı Gülay Zeynallı ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” proqramında danışıb.

Aparıcı Afaq Gəncəli sənətçiyə “Gülay “Şourum”da qonaq olanda dedi ki, yaxın zamanda ad günümdür. Bəlkə Eldəniz zəng edər. Sən onu təbrik etdin” sualını ünvanlayıb.

Eldəniz isə “Gülaya zəng etmədim, küsülü deyilik, dostumdur”, - deyə cavab verib.

Qeyd edək ki, keçmiş duet ortaqları bir müddət əvvəl küsülü olduqlarını açıqlamışdılar. Eldəniz Gülayın bacısıgilə qonaq getdiyini, lakin həmkarının onunla maraqlanmadığını söyləmişdi.