Olay
Olay

Şəbnəm, Üzeyir, Talıb... - Klipləri verilmir

Şəbnəm, Üzeyir, Talıb... - Klipləri verilmir

“MTV Azərbaycan” kanalında bir sıra müğənnilərin klipləri yayımlanmır.

OLAY yazır ki, bu barədə “Tarixin bir günü” verilişində aparıcı-prodüser Tarix Əliyev (Tolik) məlumat verib.

O, həmin ifaçıların adını da çəkib: “MTV-də Kərim Abbasovun, Səidə Sultanın, bütün müğənnilərin klipi yayımlanıb. Amma Damlanın, Şəbnəm Tovuzlunun, Talıb Talenin, Üzeyir Mehdizadənin klipləri yayımlanmır. Efirə çıxa bilərlər. Bunun öz səbəbi var. Çünki mən Səidəni, Kərimi gözləsəm ki, 6 ayda bir efirə çıxacaqlar, onda qalacam belə”.