Məşhur türk aktrisa Pelin Akil ötən gün Nişantaşı bölgəsində görüntülənib.
OLAY yazır ki, Akil 2016-cı ildə evləndiyi Anıl Altan barədə danışıb. O, əkizlərinin atasına xəbərdarlıq edib.
Aktrisa tez-tez yarıçılpaq fotolarına paylaşan Anıla bu sözləri deyib:
“Hərdən çox sarsaqlayır, nə gərək var ki, düşünürəm. Mən elə fotolar qoymuram, amma çox üstümə gəlsə, bilmirəm. Keyfimi pozsa, keyfini pozaram”.
Qeyd edək ki, cütlüyün iki qızı var.