Olay
Olay

Ezheli parodiya etmişdi, həbs olundu

Ezheli parodiya etmişdi, həbs olundu

Reper Ezheli parodiya etməsi ilə məşhurlaşan fenomen Porçay həbs olunacaq.

OLAY yazır ki, bir il əvvəl reperi təqlid etdiyi videoya görə, narkotik təbliğində ittiham olunan blogerlə bağlı istintaq başa çatıb.

Məhkəmə Porçayın 4 il 2 ay müddətinə həbs olunmasına qərar verib. Bununla bağlı o, tivitter hesabında status yazıb. “Məhkəmədən xəbər gəldi, cəzanı təsdiqləyiblər. Kaş özümü ifadə edə bilmək imkanım olardı. Amma vəziyyət belədir. Sabah gedib təslim olacağam”, - deyə Porçay bildirib.

Ezhel də bu qərarla bağlı paylaşım edib. O, “Mənim məhkəməlik olub sonra bəraət qazandığım mahnı ilə zarafat etdiyinə görə Porçayın 4 illik azadlıqdan məhrum edilməsi ağıla, məntiqə sığışmır. Çox keçmiş olsun”, - sözlərini yazıb.