Olay
Olay

“Demişdi ki, qabağa gedəndə səni “görəcəm””

“Demişdi ki, qabağa gedəndə səni “görəcəm””

Reper Aslixan gənc ifaçı Hissin (Röya Məmmədova) mahnısını yutubdan sildirməsi ilə bağlı açıqlama verib.

OLAY yazır ki, Aslixan bu addımı atmasının səbəblərindən danışıb.

O bildirib ki, Hiss ona həmin mahnı üçün 1000 manat ödəniş edib: “2019-cu ildə Hiss mənə Röya Məmmədova profili ilə yazıb, mahnı istədiyini söylədi. Mən də onu studiyaya dəvət etdim, gəldi və “Yalnızlar” mahnısı kimi bir bəstə istədiyini, qardaşının da onu dəstəklədiyini bildirdi. Mən də eyni tərzdə iki mahnı yazmışam, biri “Yalnızlar”, digəri “İstəmirəm”. Sözügedən mahnını Hissə göstərdim və onu almaq istədi. Dedi ki, ofisiant işləyir, 600 manat maaş alır. Sonra söylədi ki, 500 manat mənə beh versin, əlavə 300 manat da ödəniş etsin. Mən 800 AZN ilə razılaşmadım. Söylədi ki, onda gələn ay da 500 verə bilər.

Mən soruşdum ki, Hiss sən bu mahnı üçün 1000 manat düşünmüsən? Dedi, Aslixan qabağa gedim, səni görərəm. Ona inandım, mahnını verdim. Maşallah qabağa getdi, nəticə gözünüzün qarşısındadır. Bu günə qədər də onunla bağlı pis danışmamışam, ona pislik etməmişəm. İlk dəfə açıqlama verirəm. O ki qaldı mən bunu durduq yerə etməmişəm. Bir müddət əvvəl o, mənim haqqımı Murad Arifin proqramında yerə saldı. Hissin feyk profili var.

Biz hamımız bilirik, oradan mənə yazılmışdı ki, “Sənsiz olmur”u Hissə diss atmısan? Dedim yox. Ona diss atsam, açıq deyərəm. Çox böyük adamlara diss atıb, çəkinmədən söyləmişəm. O elə düşündü ki, mən diss atmışam, verilişdə haqqımda paxıl kimi ifadələr səsləndirdi. Hətta Murad Arif dedi ki, adam bəstəkarına belə söz deyər? Mənim qəlbim qırıldı, ona uğurlar arzu edib, hörmətlə sağollaşdım, dedim sənin üçün daha mahnı yaza bilmərəm. Ümumiyyətlə paxıl sənə iki mahnı verərdi? Səni dünyaya çıxaran o mahnı oldu. Ondan sonra neçə iş gördün, onun kimi olmadı. Məsələ maddiyat deyildi, mənəviyyat idi. Dedin, görəcəm səni. Kor oldun, görmədin məni. Sən mənimlə görüşməyəcəksən, hüquqlarımı qoruyan şirkətdə qanun yolu ilə məsələ həll olacaq. Camaatı mənim üstümə yanlış yönləndirmə. Milyonların qarşısında üzləşməyə hazıram. İcazə vermirəm ki, bu mahnını haradasa oxuyasan. Bu təbii haqqımdır, araşdıra bilərsiz. O 1000 manatdan xərcləri çıxandan sonra mənə 500 manat pul qaldı. Hələ deyir, bir mahnı üçün 10 min saymışam. Sənə düzgün yol göstərən mən olmuşam”.

Qeyd edək ki, Aslixan Hissin “İstəmirəm” klipini şikayət edərək yutubdan sildirib.