Olay
Olay

Onlar “Ata ocağı”ndan getdi

Onlar “Ata ocağı”ndan getdi

5 sezondur davam edən “Ata ocağı” serialında ayrılıq yaşanıb.

OLAY-ın əldə etdiyi məlumata görə, ekran işindən aktyorlar Corc Qafarov və Fəridə Şahbazova ayrılıb.

Artıq onların olduğu səhnələrin çəkilişləri də yekunlaşıb. Ssenariyə əsasən, sənətçilərin canlandırdığı Vəfa və Ramiz obrazları ölərək serialla vidalaşıb. “Ata ocağı”nın bu mövsüm final edib-etməyəcəyi isə hələ ki məlum deyil.

Qeyd edək ki, serial 2017-ci ildən Xəzər TV-də yayımlanır. Ekran işində baş rolları Xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova və başqaları canlandırır.