Dünyaca məşhur iranlı bloger Sədəf Masaeli Azərbaycana gəlib.
OLAY yazır ki, o, ötən gün başa çatan Formula 1 Azərbaycan Qran Prisində olub.
Bloger Bakıda olarkən instaqramda işıqlandırdığı yarışı izləməklə yanaşı, həm də şəhərin görməli yerləri ilə tanış olub, Azərbaycan milli mətbəxinin təamlarından dadmağa nail olub.
S.Masaeli San-Fransiskoda yaşayır və onun iki milyona yaxın izləyicisi var.