Aparıcı-aktrisa Zümrüd Qasımovanın əli çəkilişdə sınıb.
Bu barədə OLAY-a sənətçinin özü məlumat verib.
O bildirib ki, hadisə “Simurq” serialının çəkişi zamanı olub: “Sadəcə bunu demək olarmı, bilmirdim. Ona görə yalan danışmalı oldum”.
Qeyd edək ki, aktrisanın əli və biləyi sınıb. O 40 gün gipsin çıxarılmayacağını, sümük birləşməsə, əməliyyat olunacağını deyib. Lakin Z. Qasımova həmin hadisənin ev yığışdırdığı zaman baş verdiyini söyləmişdi.