Məşhur aktrisa Juli Qayet Fransanın keçmiş Prezidenti Fransua Ollandla ailə qurub.
OLAY yazır ki, cütlük Correze bölgəsindəki Tulle qəsəbəsində təşkil olunan sadə mərasimlə münasibətlərini rəsmiləşdirib.
Bununla da, siyasətçi Seqolen Royal ilə əvvəlki münasibətdən 4 övladı olan Ollandın ilk dəfə rəsmi nikahı olub.
Digər tərəfdən, Juli əvvəllər ssenarist Santiaqo Amigorena ilə evli olub.