Olay
Olay

Yusif Boçellinin villasında qonaq olacaq

Yusif Boçellinin villasında qonaq olacaq

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı Anna Netrebko iyulun 31-də italyan ulduz Andrea Boçellinin Forte dei Marmidəki şəxsi villasında keçiriləcək “Grand Art” Festivalında iştirak edəcək.

OLAY yazır ki, cütlük ötən yay məşhur sənətçinin qonağı olub, eyni səhnədə çıxış edib və bundan sonra aralarında dostluq münasibətləri başlayıb. Bu baxımdan, dünya üzrə opera ulduzu onları seçib. 

Eyvazov və Netrebko ilə Bocelli eksklüziv konsert proqramı təqdim edəcək. Səhnə dəniz sahilində yerləşən malikanədə təşkil olunacaq.