Müğənni Nura Suri sosial şəbəkədə yazdığı statusla yenidən gündəmə gəlib.
OLAY yazır ki, sənətçi feysbukda qeyd edib ki, pandemiya hamının tam nəzarətə keçməsinə böyük təkan verib:
“Nağd pul aktuallığın itirir. Amerikada bir çox yerlərdə nağd pulla ödəniş mümkün deyil.
Əgər bir insan 1 ay ərzində çox alış-veriş edirsə və bu məbləğ onun gəliri ilə üst-üstə düşmürsə, bu məsələ ciddi şəkildə araşdırılır.
Yavaş - yavaş “Black Mirror” serialındakı həyata keçid edirik. Pandemiya hamının tam nəzarətə keçməsinə böyük təkan idi”.