Olay
Olay

Mükafat gecəsində Cey Lonun göz yaşları

Mükafat gecəsində Cey Lonun göz yaşları

Ötən gecə baş tutan Kaliforniyada MTV Film və TV Mükafatları gecəsinə müğənni Cennifer Lopez damğa vurub.

OLAY yazır ki, Cey Lo “On My Way” mahnısına görə heykəlcik alıb və təsirli nitqi ilə diqqət çəkib.

O, çıxışı zamanı sevgilisini də xatırlatmağı unutmayaraq, səhnədən göz yaşları içində hər kəsə təşəkkür edib:

“Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara minnətdaram. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm. Məni daha güclü etdiyiniz, necə sevməyi öyrətdiyiniz üçün övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə (sevgilisi, aktyor Ben Afflek) və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacam”.