Olay
Olay

Muradın bağına girən ayı tapıldı - Açıqlama

Muradın bağına girən ayı tapıldı - Açıqlama

Müğənni və bəstəkar Murad Arifin bağına girən ayı tapılıb. 

Bu barədə OLAY-a Daxili İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, Bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

“Dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib”.