Olay
Olay

Rüfət İsmayılın Bakıda dəfiləsi oldu

Rüfət İsmayılın Bakıda dəfiləsi oldu

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib.

OLAY yazır ki, təqdimat zamanı “AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Sumakh” geyim kolleksiyası nümayiş etdirilib. 

Gecənin əsas modeli Türkiyədə fəaliyyət göstərən azərbaycanlı moda sənətçisi Günay Musayeva olub.

“AFFFAIR in Carpets” adlı nümayişdə "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury" kolleksiyasından geyimlərin dəfiləsi keçirilib. Dəb gecəsində Xalq artistləri Murad Dadaşov və Zülfiyyə Xanbabayeva da iştirak edib.