Olay
Olay

Ruhi Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü

Ruhi Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü

“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Şağanda yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində  olub.

OLAY yazır ki, bununla bağlı iş xanımı özü paylaşım edib. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüntülərini izləyiciləri ilə bölüşən R. Əliyeva bu sözləri qeyd edib:

““Uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik”. Məncə də, ürəyinlə sevməyi, gözəllikləri duymağı, gülümsəməyi onlar bizə öyrədir. Hər şeyə rəğmən həyata təbəssümlə baxmağı ən gözəl məhz onlar bacarır… Dünən buna bir daha əmin oldum. Yaşadıqları fiziki məhdudiyyətlərə, əziyyətlərə rəğmən xoşbəxt olmağı bacarırlar. Bir sığal, bir xoş kəlmə, azacıq nəvaziş bəs edir ki, balaca ürəklərində sənə yer versinlər.

Məsum gözlərində sənə təşəkkürlərini göstərsinlər. Onların hər birinin dünyaya bircə mesajı var: sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir. Bayramınız mübarək, məsum mələklər! Şağanda yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində düzənlədiyimiz tədbirə verdikləri dəstək üçün Daxili İşlər Nazirliyinə və Sosial Xidmətlər Agentliyinə xüsusi təşəkkür edirəm”.