Türkiyəli müğənni Hadise dünya ulduzu Rihannanı təkrarlayıb.
OLAY yazır ki, o, Rihannanın bir neçə ay əvvəl geyindiyi libasdan ötən gün istfiadə edib.
“Valentino” brendindən olan geyimlə Rihanna mart ayında Oskar Mükafatlandırma mərasiminin partisində görüntülənib.
Türk ifaçı isə mayın 29-u Nyu-Yorkda baş tutan konsertində həmin paltarı geyinib.
İki libas arasında çox bənzərlik olsa da, bir sıra fərqli məqamlar da var. Belə ki, Hadisenin geyiminin alt hissəsi şalvar, Rihanna da isə ətəkdir.
Lakin bu bənzərlik sosial şəbəkələrdə müzakirə yaradıb. İstifadəçilər iki yerə ayrılaraq geyimin Hadiseyə, yoxsa Rihannaya yaraşması ilə bağlı şərhlər yazıb.
Qeyd edək ki, sözügedən brend ilk dəfə bir türk ifaçını konsertə hazırlayıb.