Olay
Olay

Oksana Kinematoqrafçılar İttifaqına üzv seçildi

Oksana Kinematoqrafçılar İttifaqına üzv seçildi

Aktrisa və prodüser Oksana Rəsulova Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv seçilib.

OLAY yazır ki, bu barədə qərar ittifaqın dünənki iclasında verilib.

Bildirilib ki, iclasda Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Mirbala Səlimli, Ziya Şıxlinski, rejissorlar Oleq Səfərəliyev, Tahir Tahiroviç iştirak edib.

İclas zamanı ittifaqının üzvlüyünə ərizə verənlərin namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Əməkdar artist Rasim Cəfərov, sənətşünas Nadir Bədəlov, ssenarist Reyhan İsayeva, prodüser Oksana Rəsulova, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, aktyor-kaskadyorlar Sain Fərmanlı və Murad Abdullayev Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.