Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallı və qızı Sahilə ilə Avropaya getməməsinin səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “10-da görüşək” proqramında qonaq olarkən deyib. Sənətçi qeyd edib ki, həmin tarixlərdə onun Bakıda toyları var və bu səbəbdən Avropa turuna gedə bilməyib:
“Əvvəlcədən bu tarixlərə yazılan toylarım var idi. İnşallah, gələn dəfə gedəcəm. Səhər, günorta, axşam- hər zaman görüntülü danışıram. Qızımın hər şeyi ilə maraqlanıram. Allah hər kəsin balasını qorusun”.