Müğənni Rəqsanə İsmayılova bir neçə gün öncə vəfat edən atası İsmayıl İsmayılovla paylaşım edib.

OLAY yazır ki, sənətçi atası ilə düzəldilən fotosunu paylaşaraq bunları yazıb:

“Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin. Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı. İndi sən yoxsan. Nə səni gözləmək olur, nə də içimdə qalanları sənə demək... Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan. Mən sənin yoxluğuna yox, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram. Allah rəhmət eləsin, ata”.

“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram”