Olay
Olay

Qazaxıstandakı qala üçün qorxusuna qalib gəldi

Qazaxıstandakı qala üçün qorxusuna qalib gəldi

Bu gün Qazaxıstanda “Zəhər tuluğu” filminin təqdimatı baş tutub.

OLAY yazır ki, bununla bağlı ekran işinin baş rollarından birini canlandıran Ləman Mərrih paylaşım edib.

Qaladan fotolarını paylaşan aktrisa təəssüratlarını bölüşüb:

“Bir yerdən başlamaq lazımdır. Başlamağımı istəyən ilk adam Orxan Mərdan (filmin prodüseri - red.) idi. Mən heç özümə bu qədər inanmırdım, bəlkə də heç inanmırdım. Bəhanələr gətirib olacaqları gecikdirməyə çalışırdım. Müəllimin israrı mənim qəliblərimi qırdı. Yaxşı ki, belə oldu! Sonra isə Taleh Yüzbəyov ilə tanış oldum. Birlikdə çalışdığımız bütün günlərin, səhnələrin içində dostluq, böyüklük var! Bəlkə də hər şey həm də ona görə gözəl oldu, gözəl alındı! Mənim üçün kifayət qədər həyəcanlı, məsuliyyətli, maraqlı təcrübə idi.

Anladım ki, aşılmayacaq heç nə yoxdur, yetər ki, düzgün insanlar olsun, düzgün insan olasan. Bu gün filmin Qazaxıstanda təqdimatı idi. Bu böyük və ciddi addımdır! Belə davam etməsini istəyirəm və artıq həm də inanıram! Siz ikinci fotoda gözlərini yumub ürəkdən gülən Ləman görürsünüz. Ləman olaraq da ciddi addımlar atmışam. Həyatımda “heç vaxt” dediyim şeylərin öhdəsindən gəlmişəm. Məni heç bir qüvvə təyyarəyə mindirə bilməz deyirdim, yalanmış! İnam hər şeydən üstünmüş, inandığın yola çıxanda heç bir qorxu sənə güc gəlmirmiş”.

Qeyd edək ki, filmdə digər baş rolları Taleh Yüzbəyov və Əlixan Rəcəbov canlandırır. Eyni zamanda ekran işinin rejissoru və ssenari müəlliflərindən biri də Taleh Yüzbəyovdur.