Olay
Olay

Rəqsanə Elzaya 2 min verdi

Rəqsanə Elzaya 2 min verdi

Müğənni Rəqsanə İsmayılova Əməkdar artist Elza Seyidcahana dəstək olub. 

OLAY yazır ki, bu barədə “Səni axtarıram” proqramında məlumat verilib.  Bildirilib ki, sənətçi həmkarına 2000 manat yardım göndərib.
E. Seyidcahan anasının evini satdığını vurğulayaraq ona 46 500 manat göndərdiyini deyib. 

Qeyd edək ki, sənətçinin anası şəxsi obyektini keçmiş polis əməkdaşı, Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Müqavilə bağlanmadığı üçün Seyidcahan məkanı geri almaq istəyib.

Lakin qarşı tərəf vermək istəməyib və məsələ məhkəməyə qədər gedib çıxıb.  

İddia olunur ki, qardaşlar sənətçi və ailəsini təhdid edir. 

Əməkdar artist sözügedən əmlak üçün 63 min manat ödəməlidir.