Olay
Olay

Röya autizmli uşaqlarla görüşdü

Röya autizmli uşaqlarla görüşdü

Xalq artisti Röya Ayxan Autizm Mərkəzində olub.

OLAY yazır ki, məşhur estrada ulduzu sözügedən məkanda autizmli uşaq və gənclərlə görüşüb.

Sənətçi mərkəzlə tanış olub, uşaqların tədrisi ilə yaxından maraqlanıb.

İfaçı onlarla birgə vaxt keçirib, mahnı oxuyub və rəqs ediblər. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 30 dekabr 2021-ci ildə yeni binası qurulan və ölkəmizin birinci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın açılışını etdiyi Autizm Mərkəzimizdə  sayısı 80-ə qədər olan 0-25 yaşlı autizmli şəxslər intensiv terapiyadan faydalanır.