Olay
Olay

İllər sonra Günaydan olan oğlunu paylaşdı

İllər sonra Günaydan olan oğlunu paylaşdı

Türkiyəli aktyor Tolga Karel azərbaycanlı model Günay Musayeva ilə evliliyindən olan oğlu Cihangirlə bağlı paylaşım edib.

OLAY yazır ki, o, illər sonra övladının fotosunu paylaşıb.

Tolga ötən gün yeni yaşı tamam olan Cihangirə təbrik mesajı göndərib:

“Sənə arzum dilədiyini al, axtardığını tap, hər zaman xəyalların gerçəkləşsin. Sən Allahın hədiyyəsisən, ad günün mübarək, oğlum”.

Qeyd edək ki, Günay bir müddət əvvəl oğlunun atası ilə danışmadığını deyərək, efirdə onun əlaqə nörməsini istəmişdi. Cihangirin atasının öldüyünü düşündüyünü bildirmişdi. Uzun müddətdir Amerikada yaşayan Tolga ikinci evliliyindən olan övladları ilə bağlı paylaşım etsə də, Cihangir haqda yazmırdı.