Olay
Olay

ATV-də yeni qaydalar

ATV-də yeni qaydalar

“Azad Azərbaycan” teleradio yayım şirkətində yeni qaydalar qəbul olunub.

OLAY-ın məlumatına görə, bununla bağlı rəhbərlik və kanal əməkdaşlarının da iştirak etdiyi iclasda danışılıb.

Bildirilib ki, müzakirə olunan məsələlər telekanalın daxili intizam qaydalarında da öz əksini tapıb və  hər bir işçi ilə bağlanan əmək müqaviləsinin tərkib hissəsinə aiddir. 

Qeyd edilib ki, “Redaksiya siyasəti və peşə etikası qaydaları”na dair sənədə media subyektinin fəaliyyətində rəhbər tutduğu əsas prinsiplər xəbər və şərh anlayışlarının fərqləndirilməsi, xəbər mənbələri ilə iş, təkzib və düzəliş anlayışları haqda məlumat, müəllif hüquqları, sosial şəbəkələrdə jurnalistin davranışı, peşə etikası kimi bəndlər daxildir.

Həmçinin, efirdə vulqar sözlərdən istifadə edilməsi, tərəfkeşlik, məlumatın dəqiqləşdirilmədən yayımlanması kimi məsələlərlə bağlı da qanun qəbul edilib.