Xəbər verdiyimiz kimi, ötən gün müğənni Səmra Rəhimli özünə dəbdəbəli ad günü keçirib.
OLAY yazır ki, 27 yaşını qeyd edən sənətçinin özəl günündə dostları ilə yanaşı tanınmış simalar da yer alıb.
Gecədə Nigar Camal, Dilarə Kazımova, rəqqasə Rəna Ağamuradova (Renka), aktrisalar Sevinc Əliyeva, Nərgiz Əliyeva, aparıcılar Zümrüd Bədəlova, Hüsniyə Məhərrəmova, reperlər Paster, Saybu, Clavis, OD və başqaları iştirak edib.
Ad günü sürprizlərlə də yadda qalıb. Belə ki, sənətçinin prodüser anası İlahə Bax qızına avtomobil hədiyyə edib.