Olay
Olay

“Zəhər tuluğu” Qazaxıstanda nümayişə çıxacaq

“Zəhər tuluğu” Qazaxıstanda nümayişə çıxacaq

Rejissor və aktyor Taleh Yüzbəyovun filmi “Zəhər tuluğu” daha bir uğura imza atıb.

OLAY yazır ki, ötən il təqdim olunan ekran işi Qazaxıstanda kütləvi nümayişə çıxacaq. Bu barədə sənətçi özü məlumat yayıb. 

O bildirib ki, bu, Azərbaycan kinosu üçün bir yenilikdir:

“Bu hadisədə ilklərdən olmaq çox yaxşı hissdir. Filmimizin premyerası 20 May Alma-Ata şəhəri, Kinopark 11, “Esentai Mall”da baş tutacaq. Əgər izləyicilərim arasında orada yaşayan həmvətənlərimiz varsa, buyurub təqdimata gələ bilərlər. Filmə dublyajda baxmaq da ayrı bir hissdir. Qalır Qazaxıstan tamaşaçılarının verəcəyi qiymət. Qısaca, hamımıza uğurlar! Daha da yaxşı işlər görmək ümidi ilə”, - deyə Taleh bildirib.