Olay
Olay

Prezident mükafatı alan məşhurlardan açıqlama

Prezident mükafatı alan məşhurlardan açıqlama

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Mükafata layiq görülən sənətçilər öz təəssüratlarını OLAY-la bölüşüblər. 

Xalq artisti Naibə Allahverdiyeva sevincli olduğunu söyləyib:

“Hər kəs zəng edib təbrik edir. Sevindirici bir haldır. İnsan bu dəyəri görəndə yaşamağa, işləməyə həvəsi artır”.

Mükafat alanlar sırasında olan Əməkdar artist Təyyar Bayramov isə bunun sənət insanları üçün bir stimul olduğunu deyib:

“Onların öz üzərlərində daha da çalışmaları üçün bir stimuldur. Həm də hər ay maddi dəstək də olur. Dövlət başçısı tərəfindən sənətə qiymət verilməsi çox sevindiricidir. Cənab Prezidentə təşəkkür edirəm”.

Əməkdar artist Çingiz Əhmədov da ölkə başçısına təşəkkürünü çatdırıb:

“Cənab Prezidentə sənət adamlarına göstərdiyi diqqət üçün təşəkkür edirəm. Ümummilli lider Heydər Əliyevə Allah rəhmət eləsin. Bu gün onun ad günüdür. Ulu öndər bu qaydaları qoydu, cənab Prezident də onu davam etdirir. Bundan sonra nə qədər gücümüz varsa, sənətimizlə, tamaşalarımızla, işlərimizlə xalqımızın, dövlətimizin yanında olacağıq. Bu hamımızın sevincidir. Digər həmkarlarımıza da nəsib olsun”.