Olay
Olay

Edis Bakıdan ev almaq istəyir

Edis Bakıdan ev almaq istəyir

Ötən gün Bakıda konsert verən müğənni Edis Görgülü buradan ev almaq istədiyini açıqlayıb. 

OLAY yazır ki, bu barədə o, elə səhnəsi zamanı danışıb.

“Bakı necə gözəl şəhərdir. Dedik, bəlkə burada yaşayaq, ev alaq. Mən çox sevdiyim şəhərlərdə yaşayaram. Həm hamımız türkük, həm də bura çox gözəldir. Çox xoşbəxt görünürsünüz. Bu, daim olsun, heç pozulmasın. Bir də bu külək həmişə var? Onu həll edərik”, - deyə Edis vurğulayıb.