Olay
Olay

Jurnalistlər muğam istədi, Nadir oxudu

Jurnalistlər muğam istədi, Nadir oxudu

Müğənni Nadir Rüstəmli Avroviziyanın ikinci məşqlərindən sonra KİV qarşısına çıxıb.  

OLAY yazır ki, sənətçinin jurnalistlərlə görüşü zamanı maraqlı anlar yaşanıb. 

Mətbuat üzvləri Nadirdən canlı muğam ifa etmələrini istəyib. N. Rüstəmli daha əvvəl “Səs Azərbaycan”da ifa etdiyi “Xatirədir” əsərini səsləndirib.  

O, Xalq artisti Alim Qasımovun ifasında populyar olan mahnıya muğam çalarları da əlavə edib.  

Qeyd edək ki, “Xatirədir”nin sözləri Baba Vəziroğlu, musiqisi Kamala məxsusdur.