Olay
Olay

Mətanət İsgəndərli keçmiş gəlini ilə barışdı

Mətanət İsgəndərli keçmiş gəlini ilə barışdı

Uzun müddətdir qalmaqal yaşayan Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana ( Aynur Həmidova) barışıb.

OLAY yazır ki, bununla bağlı Canana instaqramda məlumat paylaşıb. O bildirib ki, sənətçidən özü evinə gedərək üzr istəyib:

“Bir böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki bu olan hadisələrı görə, balalarımı tamamilə itirə bilərdim. Bir böyük kimi Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, balalarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq o, övladlarımın əziyyət çəkməyinə göz yuma bilmədi. Bizim yenidən tam bir ailə olmasaq da bir-birimizə dayaq olub uşaqları böyütməyimizə xeyir-dua verdi.

Mən Canana hər zaman olduğu kimi Mətanət xanıma can sağlığı arzulayıram. O bu addımı ilə mənim körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Bir onu deyə bilərəm ki çox xoşbəxtəm. Artıq heç bir məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan, ağıllı insanlar problemləri öz aralarında həll etsələr,  nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin”.