Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim Həmidov və gəlini Canananın məhkəməsinin tarixi müəyyənləşib.
OLAY yazır ki, proses oktyabrın 27-də baş tutacaq. Hakim Etibar Hüseynovun başçılıq etdiyi iclasda uşaqların qəyyumluğu ilə bağlı qərar veriləcək.
Hər iki tərəf də övladlarının öz yanında qalmasını istəyir.
Qeyd edək ki, onların bu evlilikdən 3 övladı var.