Mərhum Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova ən bahalı həyat yaşayan rəssam xanımlar siyahısına daxil edilib.
OLAY yazır ki, məlumatı “The Art Newspaper Russia” nəşri yayıb.
Siyahıya 50 nəfər daxil edilib və A. Salahova 44-cü pillədə öz yerini tutub.
Portalda Salahova rəssam, heykəltəraş, keçmiş qalereya sahibi, müasir rus sənətinin əsas simalarından biri kimi təqdim olunub.
Vurğulanıb ki, onun əsərlərindən biri 53 min 808 dollara (təxminən 91 min 474 manat) satılıb.