Xalq artisti Aygün Kazımova illərdir dillərdən düşməyən “Nigaranam” əsərini yeni tərzdə təqdim edib.
OLAY yazır ki, pop diva bu dəfə məşhur mahnını britaniyalı müğənni Fredrik Ferrierlə duet şəklində ifa edib.
Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan “Nigaranam” yeni aranjimanda səsləndirilib. Mahnının yeni versiyasını Fredrik Ferrier və Eşqin Ağayev aranjiman edib. Bəstənin ingilis dilindəki hissəsini isə Fredrik Ferrier və Ceyms Tadgell tərcümə edib.
Estrada ulduzu mahnının yeni versiyasını ilk dəfə “GabalaFest”in bağlanış mərasimində ifa edib. Aygün Kazımova və Fredrik Ferrierin səhnə performansı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, mahnını ilk dəfə A.Kazımova 2005-ci ildə təqdim edib. Xalq artistinin repertuarında yer alan “Nigaranam” mahnısına zaman-zaman bir çox ifaçılar da müraciət ediblər.