Səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayev evə buraxılıb.
Bu barədə OLAY-a xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, atasının müalicəsinin evdə davam etdiyini söyləyib.
Y. Babayev qeyd edib ki, muğam ustadının vəziyyəti yaxşılaşır.
Qeyd edək ki, Xalq artisti ötən il insult keçirib.