Xalq artisti Arif Babayev bir neçə gün əvvəl səhhətində problem yarandığı üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Oğlu Yaşar Babayev OLAY-a açıqlamasında xanəndənin durumunun hazırda yaxşı olduğunu söyləyib: “Xəstəxanadan təxminən 1 həftəyə çıxarılacaq. Müalicəsi davam edir. Huşu özündədir, ayağa qalxıb normal yeriyə bilir”.

Xatırladaq ki, Xalq artisti ötən il insult keçirib. 

Samirə Ərəblinski