Olay
Olay

Günay oğlu ilə qayınatasının dəfnində

Günay oğlu ilə qayınatasının dəfnində

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ötən günlərdə vəfat edən keçmiş qayınatası Tufan Karelin dəfninə qatılıb.

OLAY yazır ki, sənətçi babası ilə vidalaşması üçün oğlu Cihangiri də ora aparıb. O, dəfndən fotoları sosial media hesabında paylaşıb.

Günay paylaşımına “Tufan əmi, nur içində yat. Gözəl yeməklər bişirirdiniz mənə, sizi elə xatırlayacağam. Məkanınız cənnət olsun” sözlərini yazıb.

Qeyd edək ki, G.Musayeva aktyor Tolqa Karellə evli olub. Atası vəfat edən Tolqa hazırda Amerikada yaşayır. O, ikinci dəfə ailə qurub.